“AzeSteelCompany” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

22 dekabr, 2022-ci il tarixində Bakı Fond Birjasında “AzeSteelCompany” ASC-nin tədavül müddəti 24 ay, nominal dəyəri 1000 manat olan AZ2004023605 dövlət qeydiyyat nömrəli, 1,500,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

 Hərrac zamanı 5 investor tərəfindən 1000 manat qiyməti ilə 5 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 10 % , faiz ödəniş dövrü isə 90 gün təşkil edir.

 Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,500,000 manat təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,500,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 11.12.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “Az-Finance İnvestisiya Şirkəti” QSC-dir.

Related posts

Qızılın bahalaşması davam edir

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı