Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azexport”: Azərbaycan məhsullarının ABŞ bazarına ixracı genişləndirilir - BBN

“Azexport”: Azərbaycan məhsullarının ABŞ bazarına ixracı genişləndirilir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı Azərbaycan məhsullarının Amerika Birləşmiş Ştatlarına (ABŞ) ixracını artırır. Bu məqsədlə ABŞ şirkətləri ilə yerli istehsalçıların görüşləri təşkil olunub.

Hazırda portalın dəstəyi ilə ABŞ bazarına Azərbaycanın aqrar sənaye məhsulları, həmçinin müxtəlif qənnadı məmulatlarının ixracı davam etdirilir.  İxrac olunan malların struktur və kateqoriyasının genişləndirilməsi məqsədilə mövcud əməkdaşlıq növbəti mərhələyə keçirilib. Belə ki, “Azexport” portalının dəvəti ilə ABŞ-də yerləşən bir sıra  idxalçı şirkətin nümayəndəsi ötən həftə Bakıya səfər edib. Onlar respublika ərazisində 15-dən artıq istehsal və emal müəssisəsində olublar. Görüşlər əsasən qənnadı məhsulları (tort, ekler, vafli, peçenye), mineral su, spirtsiz içkilər, meyvə şirələri, hazır qidalar, konservləşdirilmiş və dondurulmuş meyvə-tərəvəz, ədviyyat və quru meyvə sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri ilə baş tutub. Sahibkarlarla  “Xonça”, “Ulduz”, “Crispa”, “Oven”, “Çapar group” və digər şirkətlərin məhsullarının ABŞ bazarına ixrac olunması ilə bağlı müzakirələr aparılıb, əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə olunub.

Qeyd edək ki, səfər çərçivəsində ölkədə xarici investisiya əsaslı, ixrac yönümlü məhsul istehsalı ilə məşğul olan müəssisənin qurulması imkanları da araşdırılıb. Növbəti mərhələdə idxalçı şirkətin ABŞ bazarı üçün öz məhsullarını Azərbaycanda istehsal etməsi nəzərdə tutulub.

Related posts

Faizlərin Gələcəyi: İnflyasiya “Kabusundan” Sonra Bizi Nə Gözləyir?

Neft Bazarında “Hürmüz” Təlatümü: Atəşkəs Ümidləri Neftin Bahalaşmasını Dayandıra Bilmir

Asiya Birjalarında “İslamabad” Rallisi: Çin və Yaponiya Bazarları Yüksəlişlə Bağlanır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı