Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azexport.az” portalı Avropa İttifaqının “EU4Digital” layihəsində rəqəmsal topdansatış mərkəzi qismində Azərbaycanı təmsil edəcək - BBN

“Azexport.az” portalı Avropa İttifaqının “EU4Digital” layihəsində rəqəmsal topdansatış mərkəzi qismində Azərbaycanı təmsil edəcək

Azexport.az portalı Avropa İttifaqının “EU4Digital” layihəsi çərçivəsində ölkə ərazisində elektron ticarətin mövcud vəziyyətini əhatə edən onlayn müzakirə və sorğularında iştirak edib. Portalın beynəlxalq yükdaşıma platformalarına və müxtəlif ödəniş üsullarına inteqrasiya olunması haqqında məlumatlar təqdim olunub.

Aparılan görüş və sorğuların nəticəsi olaraq “Aİ” və “Şərq Tərəfdaşlığı” ölkələri arasında ticarətin tam rəqəmsallaşdırılması məqsədi ilə iki pilot layihənin icrasında Azərbaycanı Azexport.az portalı “digital wholesale center” (rəqəmsal topdansatış mərkəzi) qismində təmsil etməsinə dair razılıq əldə olunub. 

Razılığa əsasən Azərbaycan – Gürcüstan və Azərbaycan – Almaniya arasında onlayn platforma vasitəsi ilə sifariş edilən məhsul haqqında məlumatların avtomatik olaraq poçt və gömrük orqanına təqdim olunması nəzərdə tutulub

Layihə çərçivəsində “Avropa  İttifaqı” və “Şərq Tərəfdaşlığı” ölkələri arasında rabitə, poçt, rəqəmsal infrastruktur, e-ticarət, e-təhlükəsizlik və digər sahələr üzrə əməkdaşlığın qurulması nəzərdə tutulub.  2019-2022-ci illəri əhatə edən layihənin əsas hədəfləri ixrac prosedurlarının daha da asanlaşdırılması, əməliyyat xərclərinin minimuma endirilməsi və ölkələr arasında e-ticarət dövriyyəsinin artırılmasıdır.

 “EU4Digital” tərəfindən ilkin olaraq iki pilot layihə reallaşdırılacaq. Qazanılacaq təcrübə növbəti mərhələdə “Aİ” və “Şərq Tərəfdaşlığı” ölkələri arasında “Vahid Rəqəmsal Bazarın” yaradılmasında istifadə olunacaq.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı