Azexport.az Rus portalına qoşulub

Azexport.az daha bir yeniliyə imza atır. Artıq sahibkarların Azexport.az portalına daxil etdiyi məhsullar Rusiyanın məşhur АгроСервер.ру portalına yüklənəcək. Qeyd edək ki, АгроСервер.ру Rusiyanın kənd təssərüfatı, qida və emal sənayesi sahəsində satış həyata keçirərək, sahibkarlara önəmli informasiya dəstəyi verir. Bir gün ərzində portalı təxminən 100 mindən artıq şəxs ziyarət edir. İİTKM-dən bildiriblər ki, Azexport АгроСервер üzərindən Azərbaycan məhsullarını xüsusilə rusdilli bazarlarda daha geniş təqdim etməyə imkan yaradacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır