Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azexport” beynəlxalq konfransda təqdim olunub - BBN

“Azexport” beynəlxalq konfransda təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və “Rəqəmsal Ticarət Qovşağı” (DTH) Belarusun paytaxtı Minsk şəhərində təşkil olunan İnformasiya Kommunikasiya Texnologiyalarının Təhlükəsizliyi Konfransında (IT-Security Conference) təqdim olunub. Hibrid formatda təşkil olunan tədbirə onlayn olaraq qatılan  “Azexport” portalının rəhbəri Ayxan Qədəşov təqdimatla çıxış edib. O, Azexport portalının “Made in Azerbaijan” brendi məhsullarının beynəlxalq elektron ticarət platformaları vasitəsilə ixrac imkanlarının genişləndirilməsinə dair görülən işlərdən danışıb, bu istiqamətdə beynəlxalq e-ticarət platformaları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, rəqəmsal ticarət əməliyyatları zamanı məlumatların qorunması məqsədilə istifadə olunan texnologiyalar barədə məlumat verib.

A.Qədəşov iştirakçılara Rəqəmsal Ticarət Qovşağının imkanlarını təqdim edib.  Qlobal rəqəmsal ticarətdə Azərbaycanın nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi işlər, həmçinin qeyri-rezidentlər üçün Azərbaycanda yaradılan imkanlar barədə məlumat verib. Rəqəmsal Ticarət Qovşağının müasir təhlükəsizlik tələblərindən olan “X-Road” üzərindən qurulmasını qeyd edib.

Tədbir iştirakçıları portalın beynəlxalq elektron ticarət platformalarının potensialından istifadə etməklə Azərbaycan məhsullarının ixrac imkanlarının genişləndirilməsinə göstərdiyi töhfəni yüksək qiymətləndirib. Rəqəmsal Ticarət Qovşağı tərəfindən təqdim olunan xidmətlərin inteqrasiyası, həmçinin təcrübə mübadiləsinin aparılması üçün iktərəfli görüşlərin həyata keçirilməsinə dair ilkin razılıq əldə olunub.

Related posts

Rusiyada illik inflyasiya 6%-ə çatıb

Yaponiya iqtisadiyyatı IV rübdə gözləntilərdən xeyli zəif artdı

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair monitorinq səfəri həyata keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı