“Azexport”, Beynəlxalq Ticarət Mərkəzi və “EU4Digital” e-ticarətə dair növbəti təlimə başlayır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı Beynəlxalq Ticarət Mərkəzi (ITC – International Trade Center) və “EU4Digital” proqramının dəstəyi ilə e-ticarət konsultasiya layihəsinin növbəti mərhələsinə başlayır. Bu mərhələdə daha beş yerli şirkətə Avropanın e-ticarət bazarına çıxış üçün təlimlərdə iştirak imkanı yaradılır.

“Azexport.az”ın rəhbəri Ayxan Qədəşov bildirib ki, cari ilin sentyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulan təlimlərdə Şərq Tərəfdaşlığı ölkələrində geniş auditoriyaya sahib olan “Amazon”, “Ebay”, “Etsy”, “Zalando”, “Pigu.lt”, “Allegro”, “Otto”, “Bol.com” və “Kaufland” kimi nəhəng elektron ticarət platformalarından istifadə qaydalarının ətraflı tədris olunması nəzərdə tutulub.

Proqram çərçivəsində təlimdə iştirak edən şirkətlərə Avropanın e-ticarət bazarlarında satıcı hesabının yaradılması, məhsulların marketinq strategiyasının hazırlanması, müştərilərə effektiv xidmət göstərilməsi, logistik imkanlardan istifadə olunması, hesabın və ya məhsulun bloklanmasının qarşısının alınması, e-ticarətlə bağlı yaranan hüquqi, vergi, maddi-texniki və digər problemlərin həlli yolları geniş tədris ediləcək.

Qeyd edək ki, təlimləri avropalı ekspertlər onlayn olaraq ingilis dilində keçəcəklər. Təlimə qoşulmaq üçün qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat üçün link: https://forms.office.com/e/GS2gzEyr3w

Related posts

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatı

Məlumat Mərkəzinin idarə edilməsi üzrə Türkiyə təcrübəsi öyrənilmişdir

“PashaPay” “Red Hearts Award” mükafatı ilə təltif edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı