Azexport portalı ABŞ-da təşkil olunan beynəlxalq sərgidə təmsil olunur

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov ABŞ-ın Waşinqton Ştatının Vinətçi (Wenatchee) şəhərində keçirilən “Şimal-Qərb Bağçılıq Sərgisi 2022” (“North West Horticulture Exposition 2022”) sərgisində iştirak edib.

Sərgidə Azexport portalının fəaliyyəti və ixracqabiliyyətli yerli məhsullar barədə təqdimatlar həyata keçirilib. Əməkdaşlıq, eləcə də portalın imkanların artırılması perspektivləri müzakirə olunub. Bu səbəbdən Ayxan Qədəşov ABŞ-ın müxtəlif ştatlarından olan şirkət nümayəndələri ilə görüşlər keçirib.

   Qeyd edək ki, ABŞ – Azərbaycan Ticarət Palatası (USACC) və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) təşkilatçılığı ilə dekabrın 5-7-si tarixlərində həyata keçirilən sərgidə iki mindən artıq şirkətin kənd təsərrüfatı sahəsində avtomatlaşdırmanı təmin edən 300-dən artıq eksponatı və müxtəlif meyvələrin yeni əldə olunan sortları nümayiş etdirilir.

Related posts

İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Ukraynanın Azərbaycandakı səfiri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Qanunvericiliyə edilən dəyişikliklər mobillik sahəsində effektiv tənzimlənmənin tətbiqinə şərait yaradır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı