Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azexport” portalı Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır - BBN

“Azexport” portalı Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Latviyanın “STC” şirkəti ilə əməkdaşlığa başlayır. Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, bu əməkdaşlığın qurulması Azərbaycan mallarının, xüsusən aqrar sənaye məhsullarının Çin, Tayvan və Avropa ölkələrinə ixracının artırılmasında əhəmiyyətli rol oynayacaq. Belə ki, sadalanan ölkələrə qida və kənd təsərrüfatı məhsullarının ixracına dair sərt tələblər və sertifikatlaşdırma normaları tətbiq olunur. “STC” şirkətinin bu ölkələrdə mövcud təcrübəsindən faydalanaraq Azərbaycan məhsullarının ixrac coğrafiyasını daha da genişləndirmək imkanı əldə etmək mümkündür.

Şirkətin idarə heyətinin üzvü Leva Lace bildirib ki, təmsil etdiyi qurumun təlim mərkəzi Azərbaycanda yerləşən istehsal müəssisələrinə, fermerlərə, loqistika şirkətlərinə təlim, seminar və vebinarların təşkilində dəstək göstərməyə hazırdır. Artıq bu istiqamətdə birgə fəaliyyətin təşkilinə dair “Azexport” portalı ilə ilkin razılıq əldə olunub.

Qeyd edək ki, “Azexport” portalı ilə Latviyanın “STC” şirkətinin əməkdaşlığı çərçivəsində Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsullarına, həmçinin istehsal avadanlıqlarına müvafiq sertifikatların təmin edilməsində dəstəyin göstərilməsi nəzərdə tutulub.

Related posts

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

ETX bank və dövlət sektoruna qarşı fişinq cəhdinin detallarını açıqlayıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı