Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azexport portalının rəhbəri ABŞ-da beynəlxalq konfransda iştirak edib - BBN

Azexport portalının rəhbəri ABŞ-da beynəlxalq konfransda iştirak edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin operatoru olduğu Azexport portalının rəhbəri Ayxan Qədəşov ABŞ-a səfəri çərçivəsində Meriland ştatının Baltimor şəhərində keçirilən “Orta Dəhliz: Limanlar və hava daşımaları vasitəsilə iqtisadiyyatları birləşdirmək” mövzusunda beynəlxalq konfransda iştirak edib.

  ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı, Bakı Limanı, Qlobal Palata (Global Chamber) və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə A. Qədəşov iştirakçılara Azexport portalı barədə məlumatlar təqdim edib.

Konfransda panel müzakirələri aparılıb, həmçinin Azərbaycan xarici işlər nazirinin müavini cənab Fariz Rzayev və digər yerli və xarici nümayəndələr çıxışlar ediblər.

Related posts

Azərbaycan iqtisadiyyatı 2026-cı ildə yenidən sürətlənəcək

Rusiyada illik inflyasiya 6%-ə çatıb

Yaponiya iqtisadiyyatı IV rübdə gözləntilərdən xeyli zəif artdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı