Azexport və Beynəlxalq Ticarət Mərkəzi “Ticarətə Hazır” layihəsinin ikinci mərhələsinə başlayır

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı Beynəlxalq Ticarət Mərkəzi (ITC – International Trade Center) ilə birlikdə “Ticarətə Hazır” layihəsi çərçivəsində  növbəti mərhələyə başlayır. Azexport portalının rəhbəri Ayxan Qədəşov bildirir ki, bu dəfəki təlimlərdə logistik prosedurlara dair mövzular  əhatə olunacaq. Onun sözlərinə görə “Ticarətə hazır” layihəsinin ikinci hissəsində sahibkarlara elektron və ənənəvi ticarətdə logistika, logistika menecmenti, logistikanın müasir sistemlərə inteqrasiyası, E,F,C,D sinifləndirilməsi, “multimodal” daşıma, “Incoterms” – beynəlxalq ticarət şərtləri, daşıma və nəqliyyat növləri, beynəlxalq nəqliyyat tarifləri, nəqliyyat sənədləri, təchizatçı seçimi, idarəedilməsi və qiymətləndirilməsi kimi mövzular tədris olunacaq.

Təlim “ITC”nin eksperti EE Khong Kie Max tərəfindən ingilis dilində keçiriləcək və azərbaycan dilinə tərcümə olunacaq.

“ZOOM” tətbiqi vasitəsi ilə baş tutacaq təlimin sonunda 70 faizdən yüksək iştirak göstəricisi olan şəxslər “QR” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikatla təmin olunacaqlar.

Qeyd edək ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalı ITC ilə birlikdə 15 iyun – 06 iyul 2020-ci il tarixlərində “Ticarətə Hazır” layihəsinin “Elektron Ticarət”-ə həsr olunmuş onlayn təlimləri keçirilib. Vebinar şəklində təlimə 80-dək sahibkar qatılıb.

Təlimlərdə 70 faizdən artıq iştirak göstəricisi olan 18 iştirakçıya “QR kod” qorunma nişanı ilə təchiz olunmuş elektron sertifikat verilib.

Təlim ödənişsizdir və 4,7,11,14 avqust tarixlərində baş tutacaq. Qeydiyyat linki: https://bit.ly/313g6ye

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı