Azexportun “Elektron Ticarət” və “İxrac prosedurları” mövzusunda təlimi davam edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı “İnternational Trade Centre” (İTC) ilə birgə 2018-ci ilin noyabr ayında təşkil olunan  “Elektron Ticarət” və “İxrac prosedurları” üzrə təlimlərin II mərhələsini təşkil edir.

Təlimlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və İTC-nin dəvət etdiyi xarici ekspertlər tərəfindən 19-20 fevral tarixlərində keçiriləcəkdir. İTC-nin ekspertləri Mohamed Es Fih, Tidiane Diop, Eldar Adilzadə tərəfindən ötən təlimdə əldə olunan bilik və bacarıqların möhkəmləndirilməsi və yeni biliklərin əldə olunması istiqamətində təlim-tədris işləri aparılacaq. İştirakçılara malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə proseduralar barədə ətraflı məlumatlar təqdim olunacaq, həmçinin bu sahə üzrə fəaliyyət göstərmək istəyən iştirakçılarla praktik işlər görüləcək.

Qeyd edək ki Azexport portalı daxil olan sifarişlərin idarə edilməsi və sahibkarların elektron ticarət biliklərinin artırılması məqsədi ilə müntəzəm olaraq təlimlər təşkil edir. Təlimdə iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://www.e-trade2019.ereforms.org

Qeydiyyat linki: https://www.e-trade2019.ereforms.org

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır