ƏL/TMM Qanununa edilən dəyişikliklərə əsasən ödəniş və elektron pul təşkilatları maliyyə institutu qismində öhdəlik daşıyan şəxslərin sırasına daxil edilmişdir. Lisenziya alacaq təşkilatlara Qanunun və MMX-nin normativ xarakterli aktlarının tələbləri şamil ediləcəkdir.
BBN.az bu haqda Azərbaycan Fintex Assosiasiyasına (AzFina) istinadən xəbər verir.
Ödəniş və elektron pul təşkilatları tərəfindən Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənədlərin təqdim olunması prosesinə hazırlıq məqsədilə MMX-nin mütəxəssisləri tərəfindən Azfina üzvləri üçün “goAML portalında qeydiyyat və sistemdən istifadə qaydaları” mövzusunda təlim keçirilmişdir.