“AzFinance İnvestisiya Şirkəti” QSC-nin istiqrazlarının “Açılış Zəngi” mərasimi keçirildi

21 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilmişdir. 1 milyon manat həcmində olan yerləşdirmənin anderraytinq xidmətini BFB-nin üzvü olan “AzFinance İnvestisiya Şirkəti” QSC həyata keçirmişdir.

Açılış mərasimində emitent və anderrayter olaraq “AzFinance İnvestisiya Şirkəti” QSC-nin direktoru İntiqam Səfərəliyev, BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək “AzFinance İnvestisiya Şirkəti” QSC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi.

Related posts

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Mərkəzi Bankının Notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı