“AzInTelecom” təcrübə proqramını uğurla bitirmiş tələbələrə sertifikatlar təqdim edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 3 aylıq təcrübə proqramını uğurla başa vurmuş tələbələrə sertifikatlar təqdim edib.

Tədbirdə “AzInTelecom” MMC-nin direktor vəzifəsini müvəqqəti icra edən Tağı Tağı-Zadə sertifikat alan tələbələri təbrik edərək onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Yay təcrübə proqramı və istehsalat təcrübəsi olaraq iki istiqamətdə aparılan proqram zamanı tələbələr kommersiya, texnologiya, maliyyə və keyfiyyətə nəzarət və əməyin təhlükəsizliyi üzrə iş prosesi ilə yaxından tanış olub, verilən tapşırıqların öhdəsindən uğurla gəliblər. Eyni zamanda, peşəkarlarla birgə təcrübə keçərək texniki və fərdi bacarıqlarını inkişaf etdiriblər.

 “AzInTelecom” İT, biznes, maliyyə və digər sahələrdə savadlı və təcrübəli kadr bazasının hazırlanmasına xüsusi diqqətlə yanaşır və bu cür proqramların davamlı keçirilməsini planlaşdırır.     

Qeyd edək ki, “AzInTelecom” MMC Cənubi Qafqaz regionunda “TIER III”, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” uyğunluq sertifikatlarına malik ilk əlçatanlıq zonası olan texnologiya və telekommunikasiya şirkətidir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı