AzInTelecom MMC ilə Böyük Britaniyanın rəqəmsal identifikasiya, elektron imza və kriptoqrafik həllər üzrə ixtisaslaşmış qlobal texnologiya şirkəti Entrust arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bu barədə Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Sənəd nazirin Böyük Britaniyaya səfəri çərçivəsində şirkətin nümayəndələri ilə keçirilən görüş zamanı imzalanıb.
Rəşad Nəbiyev görüş zamanı Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt strategiyası çərçivəsində milli rəqəmsal identifikasiya, elektron imza və kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Nazir həmçinin bildirib ki, görüşdə “Entrust” şirkəti ilə indiyə qədər həyata keçirilən əməkdaşlıq və gələcək tərəfdaşlıq perspektivləri də müzakirə olunub.