Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
”Azkredit” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək - BBN

”Azkredit” BOKT ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

23 yanvar 2023-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə ”Azkredit” BOKT ASC-nin ümumi dəyəri 500,000 (beş yüz min) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

26 yanvar 2023-cü il tarixində qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ investisiya şirkəti” QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİNİstiqrazların növü və formasıİstiqrazların sayıNominal Dəyəriİllik faiz dərəcəsi    Hərrac tarixiTədavül müddətiKupon faizlərinin ödəniş müddəti
AZ2002023367Faizli təmin edilməmiş sənədsiz adlı500 (ədəd)1,000 manat8 %  26.01.20231 təqvim iliHər 90 gündən bir

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.

Related posts

Bakı Fond Birjasının nümayəndə heyəti Böyük Britaniyaya işgüzar səfər edib

Dow Jones fyuçersləri yüksəldi – texnologiya nəhəngləri diqqət mərkəzində

ABŞ birja fyuçersləri gerilədi – bazar FED siqnallarını gözləyir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı