AZPROMO-nun rəhbəri “ADA” universitetində tələbələrə mühazirə keçib

AZPROMO-nun rəhbəri “ADA” universitetində tələbələrə mühazirə keçib.

Aprelin 18-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov “ADA” Universitetinin Biznesin idarə edilməsi fakultəsinin MBA proqramı üzrə təhsil alan tələbələrin “Qlobal kontekstdə marketinq” fənnində qonaq mühazirəçi qismində çıxış edib.

BBN.az Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna istinadən xəbər verir ki,  Rüfət Məmmədov “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri, habelə bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. AZPROMO tərəfindən ixracatçılara göstərilən dəstəyin yerli şirkətlərin daxili və qlobal bazarlarda mövqeyinin möhkəmləndirilməsinə təsirini diqqətə çatdırıb.

Mühazirənin sonunda tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır