Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZPROMO-nun yeni saytı istifadəyə verilib - BBN

AZPROMO-nun yeni saytı istifadəyə verilib

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi internet səhifəsi www.azpromo.az yenilənmiş dizaynda istifadəyə verilib.

Saytın yenilənməsində əsas məqsəd Azərbaycanda yaradılmış biznes və investisiya mühiti, ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyi, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda tanıdılması və təşviqi, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi tədbirləri və s. barədə məlumatların ictimaiyyətə çatdırılması, iqtisadi xəbərlərin, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərinin daha geniş və operativ yayılmasıdır.

Sayt dizaynla yanaşı, məzmun cəhətdən də təkmilləşdirilib, fərqli struktura və müasir tələblərə uyğun tərtib edilərək bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.

Bundan başqa, məlumatların ötürülməsinin təşkili və təkmilləşdirilməsi, zamanından və coğrafiyasından asılı olmayaraq xəbərlərin ictimaiyyətə çatdırılmasını sürətləndirmək məqsədilə AZPROMO-nun rəsmi səhifəsi ilə yanaşı, mobil tətbiqi də istifadəyə veriləcəkdir.

Mobil tətbiq istifadəçilərə informasiya, hüquqi, təşkilati, marketinq dəstəyi ilə yanaşı, İxracatçılar Klubuna üzv olmaq üçün qeydiyyat bölməsindən yararlanmaq imkanı yaradır. Mobil tətbiq vasitəsilə keçirilən tədbirlərə qeydiyyatın aparılması da mümkün olacaqdır.

İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatları ilə tərtib olunan mobil tətbiqi həm “Android”, həm “IOS” əməliyyat sistemlərindən yükləmək mümkün olacaqdır.

AZPROMO rəsmi səhifəsi və mobil tətbiqinin daha da təkmilləşdirilməsi istiqamətində işləri davamlı olaraq aparılacaqdır.

Related posts

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Azərbaycan və Belarus turizm sahəsində əməkdaşlığı gücləndirir

“Azerconnect Group” “mygov” platformasına qoşulub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı