AZPROMO Orta Dəhliz təşəbbüsünə həsr olunan tədbirdə iştirak edib

Orta Dəhliz təşəbbüsünün əhəmiyyəti və gələcək perspektivləri müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Belçikaya işgüzar səfəri zamanı Avropa Asiya Araşdırmaları İnstitutu (EIAS) və Azərbaycanın Belçikadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Brüsseldə keçirilən “Orta Dəhliz Təşəbbüsü – Avropa və Asiyanın Qovuşduğu Məkan” adlı konfransda təmsil olunub.

Konfrans çərçivəsində baş tutan panel müzakirələrində AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, EIAS-nin baş icraçı direktoru Aksel Hotals, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Brüsseldəki ofisinin direktoru Kamilla Brükner və Avropa Komissiyasının Yaxın Şərq, Mərkəzi Asiya bölməsinin rəhbəri Sara Rinaldi iştirak ediblər.

Paneldə Azərbaycanın Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi formalaşmasında həlledici rolu, UNDP və Avropa Komissiyası tərəfindən Şərqlə Qərb arasında nəqliyyat-logistika bağlantılarının gücləndirilməsi, ticarət kanallarının rəqəmsallaşması istiqamətində görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, tədbirə həmçinin Avropa İttifaqının müxtəlif siyasi institutlarının üzvləri, Avropa Parlamentinin nümayəndələri, Belçikanın təhsil müəssisələrinin və müxtəlif tədqiqat mərkəzlərinin əməkdaşları qatılıblar.

Related posts

COP29 çərçivəsində SOCAR ilə “Tree Energy Solutions” arasında Birgə Tədqiqat Sazişi imzalanıb

COP29 çərçivəsində aqroərzaq sistemlərinin dayanıqlığına nail olunması mövzusunda panel müzakirə keçirilib

Bakı Fond Birjası Dünya Fond Birjaları Federasiyasının illik yığıncağında iştirak edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı