Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AZPROMO və Dünya İqtisadi Forumu tərəfdaşlıq sazişi imzalayıb - BBN

AZPROMO və Dünya İqtisadi Forumu tərəfdaşlıq sazişi imzalayıb

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Dünya İqtisadi Forumu (WEF) arasında Assosiativ Mərkəz Tərəfdaşlığı (Üzvlük) Sazişi imzalanıb.

Sənəd Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) çərçivəsində imzalanıb.

Sazişə AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev və WEF-in Beynəlxalq Ticarət və İnvestisiyalar üzrə Siyasət və İcma rəhbəri Metyu Stefenson imza atıblar.

Sənəd beynəlxalq ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsini və strateji əməkdaşlıq imkanlarının artırılmasını nəzərdə tutur.

Mənbə: Report.az

Related posts

ADB: Neftin bir barelinin qiyməti ən pis ssenaridə 155 dollara qədər arta bilər

ADB: “Azərbaycanda inflyasiya mülayim olaraq qalır”

Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı