Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azranking.az: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun iclası keçirilib - BBN

Azranking.az: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmək bazarı” işçi qrupunun onlayn iclası keçirilib.

İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə ölkəmizdə əmək bazarının inkişaf etdirilməsi, əmək bazarını tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, əməkhaqqı və digər sosial ödənişlərin artırılması sahəsində həyata keçirilən islahatlar qeyd edilib.

Aktiv məşğulluq proqramlarının genişləndirilməsi, qadınların məşğulluq imkanlarının artırılması, əmək bazarının tələblərinə uyğun yeni peşə və ixtisas istiqamətləri üzrə peşə hazırlığının təşkili və s. istiqamətlərdə aparılan işlərdən bəhs olunub.

“Əmək bazarı” işçi qrupunun 2023-cü il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası sahəsində görülən işlər və 2024-cü il üçün Fəaliyyət Planı üzrə qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin əmək bazarında əmək ehtiyatlarının təhsil pillələri üzrə müqayisəli təhlili aparılıb.

Related posts

Azərbaycan bankları BƏƏ-nin “Jisr” multi-CBDC platforması ilə bağlı müzakirələr aparıb

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir.

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 865,4 minə çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı