“Aztelekom” MMC Xankəndi və Xocalıda genişzolaqlı internet şəbəkəsi qurur

“Aztelekom” MMC işğaldan azad edilmiş ərazilərdə rabitə və rəqəmsal imkanları artırmaq üçün əsas internet infrastrukturunu istismara verir.

“Aztelekom” MMC Xankəndi və Xocalı ərazilərində internet magistral xəttinin və  genişzolaqlı internet şəbəkəsinin təmin edildiyini qürur hissi ilə bildirir.

“Aztelekom” MMC işğaldan azad edilmiş torpaqlarda rabitə və rəqəmsal imkanların artırılması üçün tikintinin növbəti mərhələsinə keçməyə tam hazır olduğunu bəyan edir.

Məlumat üçün bildiririk ki, 2023-cü ilin 9 ayı ərzində  Azərbaycanda 600 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib. Ümumilikdə isə 1,4 milyona yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb.  Bu, ölkədə mövcud ev təsərrüfatlarının 49%-ni təşkil edir və cari ilin sonuna kimi 60%-ə çatdırılması hədəflənib.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı