Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində bır sıra işlər görülüb

2019-cu ilin 6 ayı ərzində Energetika Nazirliyi tərəfindən elektrik enerjisinin ümumi generasiya güclərində alternativ və bərpa olunan enerji mənbələrinin xüsusi çəkisinin artırılması, alternativ və bərpa olunan enerji sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün bu sahəni tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi, güzəştli tariflərin və digər təşviqedici tədbirlərin tətbiqini əhatə edən sənədlərin hazırlanması məqsədlə Norveçin DNV GL Energy Advisory GmbH şirkəti ilə birlikdə qanunvericilik aktlarının hazırlanmasına başlanılıb. Şirkət tərəfindən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun, enerjinin satınalınması və bərpa olunan enerji mənbələrinin elektrik enerjisi şəbəkəsinə qoşulması ilə bağlı müqavilələrin layihələrinin ilkin variantları nazirliyə təqdim edilib. Hazırda layihələrin təkmilləşdirlməsi ilə bağlı işlər görülür.

Bununla yanaşı, şirkətlə imzalanmış müqaviləyə uyğun olaraq “Bərpa Olunan Enerji Növləri üzrə Çərçivə Planı”, Azərbaycan üçün “Ümumi Konsepsiya”, qanunvericilik aktlarına dair ölkədə mövcud vəziyyət və beynəlxalq təcrübə barədə hesabatlar hazırlanaraq  Energetika Nazirliyinə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır