B.EST Solutions “Asan İmza” texnologiyasına əsaslanaraq hazırlanmış həllə görə ABŞ Milli Standartlar və Texnologiya İnstitutu (NIST) tərəfindən mükafatlandırıldı

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) İctimai Təhlükəsizlik sahəsində Tədqiqatlar şöbəsi (PSCR) IBM şirkətilə birlikdə “İctimai Təhlükəsizlik üzrə SIM kartların istifadəsinin genişləndirilməsi” ümumdünya müsabiqəsi çərçivəsində işçi həllin işlənib hazırlanmasındakı əhəmiyyətli töhfəsinə görə B.EST Solutions şirkətini mükafatlandırmışdı.

B.EST Solutions şirkəti “Asan İmza” texnologiyasına əsaslanan və bank kartları və loyal kartlar daxil olmaqla qeydiyyat verilənlərinin (sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, pasportlar, tələbə biletləri və s.) etibarlı şəkildə saxlanılması və təhlükəsiz şəkildə təqdim edilməsinə imkan verən mobil həlli işləyib hazırlamışdır. Bundan əlavə qeyd olunan mobil həldən binaya fiziki girişin idarə olunması üçün də istifadə etmək olar.

“Biz belə bir nüfuzlu mükafatı almaqdan çox məmnunuq”, – deyə B.EST Solutions şirkətinin təsisçisi və direktoru xanım Jana Krimpe bildirmişdir. “NIST mükafatı, keyfiyyətin dünya miqyasında tanınmasıdır, çünki bu, dünyada informasiya təhlükəsizliyi, xidmətlər və məhsullar üzrə standartların işlənib hazırlanmasına rəhbərlik edən çox vacib elmi institutdur”.

ABŞ Ticarət Nazirliyinin nəzdində NIST, ABŞ-da və bəlkə də dünyada bütün elmi agentliklər içərisində ən böyük elmi-texniki portfelə malikdir.

Müsabiqənin müddəti 7 ay idi və bu müddət ərzində texnoloji təhlükəsizlik, standartlar və tapşırıqların həlli əsasında bir neçə mərhələdə hərtərəfli sınaqdan keçirildi.

Xanım Krimpe bildirib ki, B.EST Solutions şirkəti bu həlli Azərbaycan vətəndaşlarının istifadəsinə təqdim etmək və bununla da innovasiyanın inkişafına töhfə vermək niyyətindədir. Yerli tərəfdaşlarla birlikdə B.EST Solutions şirkəti “Asan İmza +” adı altında tamamilə yeni bir mobil proqramın tətbiqi üzrə plan hazırlayıb. Bu, bütün vətəndaşların həyat fəaliyyətində  istifadədə rahatlığı təmin edəcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verən rəqəmsal cəmiyyətin gələcək inkişafına təsir edəcəkdir.

“Asan İmza” haqqında:

Asan İmza, vətəndaşların Azercell, Bakcell, Azerfon operatorlarından və Paşa Bankdan əldə edə biləcəyi Azərbaycanın milli mobil identitetidir. Onun köməyi ilə 90 milyondan çox tranzaksiya həyata keçirilmişdir ki, bu da həyatı olduqca asan, təhlükəsiz edir. Ondan bank, vergi və universitetdən başlayaraq dövlət elektron xidmətlərinə qədər 650-dən çox elektron xidmətə sürətli, təhlükəsiz və rahat bir üsulla 24/7 əlyetərlik əldə edə bilərsiniz. “Asan İmza” sayəsində Azərbaycan kibertəhlükəsizlik və elektron identitet sahəsində qabaqcıl ölkələrdən biridir.

Daha ətraflı bax: www.asanimza.az

B.EST Solutions həlləri haqqında:

B.EST Solutions etibarlı tərəfdaş, “Asan İmza”nın əsasını qoyan şirkətdir. “Asan İmza”nın Respublikada tətbiqinə görə onun əməkdaşları Google və Financial Times, ABŞ Dövlət Departamenti və Alman Marşall Fondu, OECD Dövlət sektorunda innovasiyalar üzrə komissiya tərəfindən mükafatlandırılmış və tanınmışdır.

B.EST Solutions, Azərbaycanın milli sərvətini artırmaq məqsədilə əməkdaşlıq, birbaşa xarici sərmayə və transsərhəd ticarətinə təsir edərək, dünya üzrə keçirilən böyük konfranslarda Azərbaycanı təbliğ və təmsil edir.

Daha ətraflı bax: http://www.bestsolutions.az

NIST haqqında:

Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) əsası 1901-ci ildə qoyulmuş və hal-hazırda ABŞ Ticarət Nazirliyinin tərkibindədir və ölkədə ilk milli fizika elmləri üzrə laboratoriya hesab edilir. O dövrdə Konqres, ABŞ sənayesinin- ikinci səviyyəli ölçmə infrastrukturunda rəqabət qabiliyyətindəki ciddi problemin (çünki ABŞ o zaman Böyük Britaniya, Almaniya və digər iqtisadi rəqiblərdən geridə qalırdı) aradan qaldırılması üçün agentlik yaratdı.

Daha ətraflı bax: https://www.nist.gov/

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır