Bağlanan banklara ödənilən kompensasiyanın həcmi 31 milyonu ötdü

1 avqust 2016-cı il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Əmanətlərin Sığortalanması Fondunun rəsmi məlumatına əsasən, 09 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə  12,2 milyon   manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə    13,8 milyon manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  3,4 milyon manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə   1,6 milyon manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 31 milyon manatdan artıq kompensasiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır