Bağlanan bankların əmanətçılərinə 222 mln. manat ödənilib

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 26 avqust 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 20 milyon 854 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 36 milyon 980 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  11 milyon 483 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 477 min manatdan artıq kompensasiya ödənilmişdir. 4 bank üzrə ümumilikdə 71 miyon 794 min manatdan artıq kompensasiya ödənilmişdir.

26 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 4 milyon 894 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 932 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 5 milyon 826 min manatdan artıq kompensasiya ödənilmişdir.

26 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 052 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 534 min manatdan artıq kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 144 milyon 481 min manatdan artıq kompensasiya ödənilmişdir.

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 222 milyon 101 min manatdan artıq kompensasiya ödənilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır