Bakı Ali Neft Məktəbində FİSO Olimpiadasının seçim turunun mükafatlandırma mərasimi keçirilib

Bakı Ali Neft Məktəbinin (BANM) konfras zalında, FİSO Olimpiadasının Riyaziyyat və İngilis dilləri üzrə Azərbaycan seçim turunun mükafatlandırma mərasimi keçirilib. Azərbaycanın müxtəlif bölgələrində təhsil alan məktəb şagirdlərinin akademik nailiyyətlərini qeyd etmək məqsədi ilə təmtəraqlı mərasimi təşkil olunub.

Tədbir Azərbaycan respublikasının dövlət himni ilə səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb. Mərasimi  Global Olympiad Centerin (GOC) direktoru, Xəyal İbrahimzadə açıb. Çıxışı zamanı Xəyal bəy: “Bu gün burada toplanmamızın səbəbi yalnız mükafatlandırma deyil, həm də gələcəyimizin parlaq ulduzlarını təbrik etmək və onlara dəstəyimizi göstərmək” olduğunu vurğulayıb.

Tədbir BANM rektoru Elmar Qasımovun çıxışı ilə davam edib. O, şagirdlərin səylərini yüksək qiymətləndirib və söyləyib:  “Sizlər bu yarışda göstərdiyiniz bacarıq və həvəs ilə bizim üçün nümunəsiniz. Azərbaycanın gələcəyi sizin kimi istedadlı gənclərin əlindədir. Sizləri təbrik edir və FİSO-nun final mərhələsində uğurlar arzulayıram”.

Elmar Qasımovun  nitqi ilə davam edən mərasim, şagirdlərin müxtəlif kateqoriyalarda əldə etdikləri medallarla mükafatlandırılması ilə davam etdirilib.

Qeyd edək ki, FİSO Olimpiadasının final mərhələsi bu il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçiriləcək. İyunun 22-26 tarixləri arasında təşkil ediləcək bu nüfuzlu tədbirdə, 36 ölkədən gələn iştirakçılar öz bacarıq və biliklərini nümayiş etdirəcəklər. Azərbaycanı bu beynəlxalq arenada təmsil edəcək komanda, ölkəmizin akademik potensialını və gənclərinin istedadını dünya səviyyəsində nümayiş etdirmək üçün böyük bir fürsət əldə edəcək.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı