Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı avtobuslarında NFC, Apple Pay və Google Pay ilə ödəniş aktivləşdirildi - BBN

Bakı avtobuslarında NFC, Apple Pay və Google Pay ilə ödəniş aktivləşdirildi

Bakı şəhəri üzrə nağdsız ödəniş sistemi ilə təchiz olunmuş bütün avtobus marşrutlarında NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, həmçinin “Apple Pay”“Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizmi aktivləşdirilib.

BBN.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan NFC layihəsinin ilkin mərhələsində təqdim olunur. İlkin mərhələnin nəticələrinə əsasən, gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması nəzərdə tutulur.

Bildirilib ki, yeni sistem sərnişinlərə əlavə üstünlüklər təqdim edir. Artıq nağd pul və ya fiziki “BakıKart” daşımağa ehtiyac yoxdur. Sərnişinlər telefon, ağıllı saat, bank kartı və ya NFC funksiyalı digər cihazlar vasitəsilə saniyələr ərzində ödəniş edə bilərlər. Bunun üçün cihazı validatora yaxınlaşdırmaq kifayətdir – ödəniş dərhal tanınır və əməliyyat tamamlanır.

Qeyd olunub ki, avtobuslarda ödəniş zamanı yalnız NFC texnologiyasını dəstəkləyən yerli bank kartları, eləcə də smartfon və fiziki kartlardan istifadə mümkündür.

Related posts

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib

Küveytdə pensiya və sosial sığorta sahəsində ikitərəfli əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat Nazirliyi yanında yeni elektron xidmətlər istifadəyə verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı