Bakı Fond Birjası BMT-nin “29 İqlim müzakirələri: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”-nda iştirak etmişdir

Bakı Fond Birjası BMT-nin “29 İqlim müzakirələri: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində “Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumu”-nda iştirak etmişdir.

18 oktyabr 2024-cü il  tarixində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası, Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Mikro Maliyyə Assosiasiyası və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş “29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində “Yaşıl maliyyə və dayanıqlılıq forum”unda  Bakı Fond Birjası sponsor qismində çıxış edib. Bu forumda hökumət, maliyyə institutları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri bir araya gələrək, iqlim dəyişikliyi ilə mübarizədə və davamlı iqtisadi inkişafın təşviqində yaşıl maliyyənin vacibliyini, investisiya strategiyaları və dayanıqlı inkişaf məqsədləri istiqamətində atılacaq addımları müzakirə etmişdirlər.

Açılış nitqində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, dayanıqlı iqtisadiyyatın formalaşmasında yaşıl maliyyənin mühüm rolundan danışıb. O, çıxışında bildirmişdir ki, strateji təşəbbüslərimiz, ölkə iqtisadiyyatının dayanıqlılığını artırmağa, yaşıl investisiyaların cəlb edilməsini stimullaşdırmağa və maliyyə institutlarının davamlı təcrübələri dəstəkləməyə hazır olmasını təmin etməyə yönəlib.

COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxışında dayanıqlı iqtisadiyyata keçiddə maliyyə sektorunun rolunun vacibliyini diqqətə çatdırıb.

Daha sonra forumda ölkəmizdə fəaliyyət göstərən maliyyə assosiasiyalarının rəhbərləri çıxış edərək yaşıl maliyyənin təşviqi üzrə öz baxış və strategiyalarını diqqətə çatdırıblar.

Bu konfrans, yaşıl maliyyə strategiyalarının tətbiqi və dayanıqlı inkişafın təşviqi sahəsində əməkdaşlığın güclənməsinə yönəlmiş müzakirələri təşviq etdi. İştirakçılar, ekoloji tarazlığın təmin edilməsi və iqlim dəyişikliyi ilə mübarizə məqsədilə yeni maliyyə alətləri və metodlarının inkişafına dair ideyalarını bölüşdülər. Bu, Azərbaycanın yaşıl iqtisadiyyata keçidinin vacib bir mərhələsidir.

Related posts

Unibank Mastercard kartınla iHerb-dən 30 %-lik endirim qazan!

Maliyyə Nazirliyinin 1092 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Maliyyə Nazirliyinin 364 günlük qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı