Bakı Fond Birjası Dünya Bankının nümayəndələrinin iştirakı ilə görüş keçirib

16 Noyabr 2022-ci il tarixində Dünya Bankının missiyası çərçivəsində Bakı Fond Birjasının inzibati binasında görüş keçirilib.

Görüş zamanı kapital bazarlarının infrastrukturu, dövlət qiymətli kağızları ilə ilkin və təkrar bazarlar üzrə ticarətin təşkili, missiyanın tələblərinə uyğun olaraq görülmüş və görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır