Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjası Dünya Fond Birjaları Federasiyasının illik yığıncağında iştirak edir - BBN

Bakı Fond Birjası Dünya Fond Birjaları Federasiyasının illik yığıncağında iştirak edir

19-22 noyabr 2024-cü il tarixlərində Bakı Fond Birjasının nümayəndə heyəti Dünya Fond Birjaları Federasiyasının (WFE) illik yığıncağında iştirak edir.

Dünya Fond Birjaları Federasiyasının (WFE) illik yığıncağı bu dəfə Malayziya Birjasının təşkilatçılığı ilə birgə baş tutur. Bir neçə günü əhatə edən yığıncağın proqramında Dünya Fond Birjaları Federasiyasının işci komitələri, idarə heyətinin direktorları və Federasiyanın üzvlərinin görüşləri yer tutub. Dünya Fond Birjaları Federasiyasının üzvləri müxtəlif tədbirlərdə beynəlxalq bazarın fond birjalarında baş verən trendləri, müasir birjaların infrastrukturlarında baş verən dəyişiklikləri, beynəlxalq birjalar arasında əməkdaşlıq, innovasiyaların tətbiqi, kapital bazarları arasında körpülərin qurulması və kapital bazarlarının dünyada baş verən dəyişikliklərə məruz qalması və sabitliyin qorunması kimi məsələlər müzakirə olundu.

Səfər zamanı Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov Malayziya Birjasının İdarə Heyətinin sədri Datuk Muhamad Umar Swift ilə görüşərək hər iki birja arasında əməkdaşlıq təşəbbüslərini müzakirə ediblər.

Xatırladaq ki, Bakı Fond Birjası 2020-ci ilin yanvar ayından etibarən Dünya Fond Birjaları Federasiyasının (WFE) üzvüdür (affiliate member). Azərbaycanın kapital bazarlarında beynəlxalq təcrübələrin tətbiqi, ekosistemin, şəffaflıq və bazar etibarının gücləndirilməsi Bakı Fond Birjasının önəm verdiyi əsas məsələlərdən biridir.

Related posts

Fitch: İslam maliyyəsinin Azərbaycan banklarının fondlaşdırma modelinə təsiri yaxın dövrdə məhdud olacaq

Bu il ipoteka krediti üçün 2 165 nəfərin müraciəti qeydiyyata alınıb

Sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı