Bakı Fond Birjası “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasında iştirak etmişdir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır.

Memorandumun məqsədi tərəflərin iştirakı ilə 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 (yüz min) ağac olmaqla, ümumilikdə 1 000 000 (bir milyon) ağacın əkilməsi ilə əlaqədar müvafiq işlərin görülməsindən ibarətdir.

15 mart 2023-cü il tarixində Bakı Fond Birjasının əməkdaşları “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasında iştirak etmişdir.

Qeyd edək ki, bu aksiya ekoloji tarazlığın bərpası, ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, yaşıllıqların artırılması, ərazilərin gözəlləşməsi istiqamətində dövlət tərəfindən keçirilən tədbirlərə BFB-nin kiçik bir töhfəsidir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı