Bakı Fond Birjası ilə London Fond Birjası arasında qarşılıqlı əlaqələrin yaradılması müzakirə olunub

23 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasının İdarə Heyətinin Sədri Vüqar Namazov Böyük Britaniyanın London şəhərinə səfər edib.

Səfər zamanı London Fond Birjası ilə qarşılıqlı əlaqələrin yaradılması  və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara təqdim edilməsi hüquqi bazanın öyrənilməsi və xarici investorların  kapital bazarlarına çıxarılması  üçün post ticarət institutları arasında  əlaqələrin qurulmasına dəstəyin göstərilməsi, eləcədə London Fond Birjası tərəfindən həyata keçirilən “Elite” proqramın “Listinq Məsləhət Proqramı” ilə inteqrasiyasi yollarının müəyyən edilməsi və yerli kapital bazarlarında tətbiq edilməsi ətrafında müzəkirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır