Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjası ilə “AzFinance İnvestisiya şirkəti” QSC arasında “Embafinans” QSC-nin istiqrazları üzrə marketmeyker müaviləsi bağlanıldı - BBN

Bakı Fond Birjası ilə “AzFinance İnvestisiya şirkəti” QSC arasında “Embafinans” QSC-nin istiqrazları üzrə marketmeyker müaviləsi bağlanıldı

17 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSCnin ümumi dəyəri 4,000,000.00 (dörd milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir. 21.09.2021-ci il tarixində “Embafinans” QSC-nin istiqrazları BFB-nin ticarət platforması vasitəsilə təkrar bazarına start verilmişdir.

26.08.2021 tarixində “Embafinans” QSC-nin istiqrazlarının anderrayteri olmuş “AzFinance İnvestisiya şirkəti” QSC  “Embafinans” QSC-nin istiqrazları üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür. İnvestorlar tərəfindən təkrar bazarda ticarətə  çıxarılan istiqrazlar BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvü olan  “AzFinance İnvestisiya şirkəti” QSC tərəfindən təmin olunacaqdır.

“AzFinance İnvestisiya şirkəti” QSC adıçəkilən istiqrazlar üzrə 18.11.2021 tarixindən etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcəkdir.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı