Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjası ilə “PSG Kapital İnvestisiya Şirkəti” QSC və SOCAR arasında 3 tərəfli marketmeyker müqaviləsi bağlanıldı - BBN

Bakı Fond Birjası ilə “PSG Kapital İnvestisiya Şirkəti” QSC və SOCAR arasında 3 tərəfli marketmeyker müqaviləsi bağlanıldı

1 noyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tədavül müddəti 5 (beş) təqvim ili olan AZ2002019894 dövlət qeydiyyat nömrəli, 100,000,000.00 (yüz milyon) dollar həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

2 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazları BFB-nin ticarət platforması vasitəsilə təkrar bazarına start verilmişdir.

16 noyabr 2021-ci il tarixindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istiqrazlarının anderrayteri olmuş “PSG Kapital İnvestisiya Şirkəti” QSC həm də istiqrazların təkrar bazarda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təyin olunmuş marketmeykeri olmaqla, onların BFB-də təkrar bazarda likvidliyini təmin edir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti birja üzvü olan  “PSG Kapital İnvestisiya Şirkəti” QSC vasitəsi ilə istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürmüşdür. İnvestorlar tərəfindən təkrar bazarda satışa çıxarılan istiqrazlar tam həcmdə BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvünün təqdim etdiyi kotirovkalar vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təmin olunacaqdır.

Related posts

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

Azərbaycanın turizm imkanları Türkiyədə keçirilən beynəlxalq sərgidə təqdim olunur

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı