Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjası və AZCHEMCO COP29 konfransında Əməkdaşlıq Memorandumunu imzalayıblar - BBN

Bakı Fond Birjası və AZCHEMCO COP29 konfransında Əməkdaşlıq Memorandumunu imzalayıblar

12 noyabr 2024-cü il tarixində COP29 konfransında “Bakı Fond Birjası” QSC və “AZCHEMCO” MMC şirkətləri arasında kapital bazarları vasitəsi ilə maliyyələşdirmə, o cümlədən yaşıl istiqrazların buraxılması istiqamətində Əməkdaşlıq Memorandumu imzalanıb.

Sənədin imzalanmasında məqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir.

Memorandum şirkətin kapital bazarları vasitəsilə dayanıqlı inkişafı və bu istiqamətdə Bakı Fond Birjasının dəstəyini nəzərdə tutur.

Məlumat üçün bildiririk ki, “AZCHEMCO” MMC şirkəti COP29-da Azərbaycanda şoranlaşmış torpaqların bərpası ilə bağlı innovativ layihəni təqdim edir. İnnovativ layihə olan şoranlaşmış torpaqların əkin sahələrinə çevrilməsi kənd təsərrüfatının iqlim dəyişikliyinə təsirini azaltmağa kömək edəcək.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında görüş keçirilib

ABA və Mərkəzi Bank maliyyə savadlılığının artırılması istiqamətində birgə fəaliyyət məsələlərini müzakirə edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı