Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjası və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi (İRÖİB) arasında memorandum imzalanıb - BBN

Bakı Fond Birjası və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi (İRÖİB) arasında memorandum imzalanıb

10 dekabr 2025-ci il tarixində Bakı Fond Birjası (BFB) və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi (İRÖİB) arasında Azərbaycanda İslam maliyyəsi və halal investisiya alətlərinin inkişafını dəstəkləyən “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq” memorandumu imzalanıb.

Bakı Fond Birjası və “İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyi (İRÖİB) arasında memorandum imzalanıb

Memorandum Bakı Fond Birjasının İdarə Heyətinin sədri, Ruslan Xəlilov və İRÖİB-in İdarə Heyətinin sədri Ruslan Atakişiyev tərəfindən imzalanıb. İmzalanma mərasimində BFB-nin və İRÖİB-in nümayəndə heyəti iştirak edərək, hər iki tərəf İslam maliyyəsi və qiymətli kağızlar bazarının öyrənilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi üzrə əməkdaşlıq etməyi qərara alıblar.

Əməkdaşlıq çərçivəsində İslam maliyyəsi üzrə təlimlər, KOB-lar üçün maarifləndirici sessiyalar, yerli bazarda tədqiqatlar, “Halal Listinq” seqmentinin yaradılması və Azərbaycan emitentlərinin xarici İslam maliyyəsi bazarlarına çıxış imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Tərəflər həmçinin İslam maliyyəsi ilə bağlı ictimai məlumatlandırmanı artırmaq üçün birgə seminarlar, panel müzakirələri və analitik materialların hazırlanmasını planlaşdırır.

Memorandum 2025–2027-ci illəri əhatə edir və tərəflərin razılığı əsasında uzadıla bilər.

Related posts

Yaxın Şərq gərginliyi fonunda Bitkoin 70 min dolları keçdi

İran gərginliyi fonunda bazarlar silkələndi – KOSPI 10% sıçrayışla Asiyada lider oldu

Yaxın Şərqdə Müharibə Böyüyür – ABŞ Birjaları Təzyiq Altında,Wall Street Qırmızıda!!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı