Home » Bakı Fond Birjası ADA Universitetində

Bakı Fond Birjası ADA Universitetində

by anar
0 rəy 0 baxış 1 dəqiqə oxuma

29 mart 2024-cü il tarixində Bakı Fond Birjasının nümayəndə heyəti tərəfindən ADA Universitetində təhsil alan tələbələr üçün təqdimat keçirilib. Təqdimat zamanı Bakı Fond Birjasının fəaliyyəti, təklif edilən məhsul və xidmətlər, Azərbaycanın kapital bazarı və onun inkişafı perspektivləri haqqında tələbələrə məlumatlar verilib.

Tədbirin keçirilməsində məqsəd tələbələrin Bakı Fond Birjasının təqdim etdiyi imkanlar barədə məlumatlandırılması, iş yeri və gələcək karyera inkişafı ilə bağlı müzakirələrin aparılması olub.

Qeyd edək ki, 29 yanvar 2024-cü il tarixində Bakı Fond Birjası ilə ADA universiteti arasında əməkdaşlıq prinsiplərinə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum ADA Universitetində təhsil alan tələbələrin təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədi daşıyır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.