Bakı Fond Birjasında “AzerGold” QSC-nin istiqrazlarının yerləşdirilməsi uğurla tamamlanıb

29 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan AZ2003019877 İSİN-li, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi uğurla başa çatmışdır.

Hərrac zamanı 65 investor tərəfindən qiymət intervalı 100.0000(6%) ABŞ dolları və 101.3741(5.5%) ABŞ dolları olan 68 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 21,521,800 ABŞ dolları, yerləşdirilmiş həcmi isə 20,000,000 ABŞ dolları təşkil edib. İstiqrazların kəsmə qiyməti 100.0000(6%) ABŞ dolları, orta ölçülmüş qiyməti isə 100.0433(5.9841%) ABŞ dolları olaraq müəyyən edilib.

Qeyd edək ki, “AzerGold” istiqrazlarının nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 6%, faiz ödəniş dövrü isə hər 90 gündən bir təşkil edir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

İstiqrazların ödəmə tarixi 29.01.2027-ci ildir.

Related posts

Dünya bazarlarında qızıl və gümüş ucuzlaşıb

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Qızıl və gümüş cüzi bahalaşıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı