Bakı Fond Birjasında BANK “BTB” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

28 iyun-30 iyun 2022-ci il tarix aralıqlarında (emissiya prospektinə uyğun olaraq) Bakı Fond Birjasında BANK “BTB” ASC-nin tədavül müddəti 6 (altı) təqvim ili olan AZ2004009448 dövlət qeydiyyat nömrəli, 3,000,000.00 AZN həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 2 investor tərəfindən 3 sifariş təqdim edilmişdir. İstiqrazların hərrac qiyməti 1,000.00 AZN müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 9%, faiz ödənişləri 1 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 3,000,000.00 AZN təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 3,000,000.00 AZN təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 28.06.2028-ci ildir. Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı