Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasında "Bank Respublika" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Bakı Fond Birjasında “Bank Respublika” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

18 fevral 2022-ci il tarixində Bakı Fond Birjasında “Bank Respublika” ASC-nin tədavül müddəti 2 (iki) təqvim ili olan AZ2004002880 dövlət qeydiyyat nömrəli, 15,000,000.00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 8 investor tərəfindən qiymət intervalı 991.04  AZN (8.9995%) və 1000.00 AZN (8.5%) manat olan 8 sifariş təqdim edilmişdir.

İstiqrazların kəsmə qiyməti 1000.00 AZN (8.5%) manat, orta ölçülmüş qiyməti 1000.00 AZN (8.5%) manat müəyyən edilmişdir.

İstiqrazın illik faiz dərəcəsi 8.5 % , faiz ödənişləri 6 təqvim ayından bir olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 17,283,000.00 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 18.02.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (13.03.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (12.03.2026)

Qlobal bazarlarda qarışıq dinamika: qızıl və qaz bahalaşır, ABŞ indekslərində eniş müşahidə olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı