Home » Bakı Fond Birjasında Beynəlxalq Valyuta Fondunun (IMF) nümayəndə heyəti ilə görüş keçirilib

Bakı Fond Birjasında Beynəlxalq Valyuta Fondunun (IMF) nümayəndə heyəti ilə görüş keçirilib

by anar
0 comments 2 views 1 minutes read

31 yanvar 2025-ci il tarixində Bakı Fond Birjasında (BFB) Beynəlxalq Valyuta Fondunun (IMF) nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə IMF-in Azərbaycan, Yaxın Şərq və Mərkəzi Asiya Departamenti üzrə missiya rəhbəri Anna Bordon və BFB-nin rəhbər nümayəndələri iştirak ediblər. Müzakirələr zamanı ölkənin iqtisadi vəziyyəti, maliyyə bazarlarının dayanıqlılığı və kapital bazarlarının inkişaf perspektivləri diqqət mərkəzində olub. Həmçinin, bazarın cari vəziyyəti, investorların cəlb olunması, tənzimləyici mühitin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin tətbiqi kimi mühüm məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

IMF-in missiya rəhbəri Anna Bordon, kapital bazarlarının inkişafının Azərbaycanın iqtisadi gələcəyi üçün strateji əhəmiyyət daşıdığını və bu istiqamətdə atılan addımların IMF tərəfindən müsbət qiymətləndirildiyini bildirib.

Qeyd edək ki, Azərbaycan 18 sentyabr 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna üzv olub və bu illər ərzində təşkilatla sıx əməkdaşlıq edilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.