Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasında BOKT “Kredaqro” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

Bakı Fond Birjasında BOKT “Kredaqro” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

30 avqust 2022-ci il tarixində Bakı Fond Birjasında BOKT “Kredaqro” MMC-nin tədavül müddəti 18 ay olan AZ2002009168 dövlət qeydiyyat nömrəli, 500 000 manat həcmində, faizli, təmin edilmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 11 investor tərəfindən 11 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 11%, faiz ödənişləri isə hər 90 gündə bir dəfə olmaqla investorlara ödənilir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 500 000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 500 000 manat təşkil etmişdir. İstiqrazların ödəmə tarixi 29.02.2024-cü ildir.

Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (13.03.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (12.03.2026)

Qlobal bazarlarda qarışıq dinamika: qızıl və qaz bahalaşır, ABŞ indekslərində eniş müşahidə olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı