Bakı Fond Birjasında COP29 çərçivəsində “Azərbaycan Kapital Bazarında Yaşıl İstiqrazlar” mövzusunda tədbir keçirilib

15 noyabr 2024-cü il tarixində COP29 çərçivəsində Bakı Fond Birjasında “Azərbaycan Kapital Bazarında Yaşıl İstiqrazlar” mövzusunda tədbir keçirilib.

Bakı Fond Birjası və BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüsləri tərəfindən təşkil olunan tədbir İqlim İstiqrazları Təşəbbüsünün İdarə Heyətinin sədri Sean Kidney, BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüsləri Baş koordinatoru Anthony Miller və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov tərəfindən açıq elan olunmuşdur.

Panelin moderatoru Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov spikerlər Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə, CFA İnstitutunun direktoru David Von Eiff, Beynəlxalq Qiymətli Kağızlar Komissiyaları Təşkilatının (IOSCO) Standartların İnkişafı bölməsinin rəhbəri Kris Nathanail, IFC şirkətinin Davamlılığın Açıqlanması və Şəffaflıq Proqramının Rəhbəri Ralitza Germanova, Unicapital İnvestisiya şirkətinin baş direktoru Vüqar Namazov və Nobel Energy şirkətinin Maliyyə Qrupu direktoru Sevinc Abdullayeva ilə birgə dayanıqlı maliyyələşmə və yaşıl istiqrazlar üzrə təşəbbüslərin ölkəmizdə tətbiqi imkanları, Ekoloji Sosial İdarəetmə (ESİ) standartları və hesabat çərçivələri, sərhədlərarası ESİ uyğunlaşdırılması, yaşıl intiqrazlarda investisiya şirkətlərinin rolu və potensial emitentlərin prespektivləri məsələlərini müzakirə ediblər.

COP29 çərçivəsində baş tutan bu tədbir bazarın maarifləndirilməsi və davamlı investisiya imkanlarını inkişaf etdirmək və iqlim problemləri arasında iqtisadi dayanıqlığı artırmaq üçün vacib olan yaşıl maliyyə təcrübələrinin təşviqini müzakirə etmək üçün platforma rolunu oynayıb.

Sonda panel iştirakçıları Dünya Fond Birjaları Federasiyasının (WFE) təşəbbüsü olan “İqlim üçün Açılış Zəngi”ni çaldılar. Xatırladaq ki, Bakı Fond Birjası 2020-ci ilin yanvar ayından etibarən Dünya Fond Birjaları Federasiyasının (WFE) üzvüdür. Azərbaycanın kapital bazarının beynəlxalq standartlara uyğun olması, şəffaflıq və bazar etibarının gücləndirilməsi Bakı Fond Birjasının önəm verdiyi əsas məsələlərdən biridir.

Related posts

Qızıl və gümüş cüzi bahalaşıb

Qırmızı Ürəklər Fondu: Xeyriyyəçilik yolunda 4 il

Dövlət Xidmətində Rəqabət Məcəlləsinin tətbiqi barədə növbəti maarifləndirici seminar keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı