Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasında “Emitent Günü” tədbiri baş tutacaq - BBN

Bakı Fond Birjasında “Emitent Günü” tədbiri baş tutacaq

9 iyun 2023-cü il tarixində Bakı Fond Birjasınını təşkilatçılığı ilə “Emitent Günü” tədbiri baş tutacaqdır. “Azərbaycan Respublikası Mərkəzi Bankı”, “Bakı Fond Birjası” QSC, “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və “Unicapital İnvestisiya Şirkəti” ASC iştirak edəcəyi görüşdə emitent olaraq “Unibank Kommersiya Bankı” ASC çıxış edəcəkdir. Tədbir zamanı Azərbaycanda mütəşəkkil kapital bazarının aktiv iştirakçısı olan “Unibank Kommersiya Bankı” bazar barədə öz təcrübəsini görüş iştirakçıları ilə bölüşəcəkdir. Görüş təqdimatçıları da öz növbələrində alternativ maliyyələşmə mənbəyi olan mütəşəkkil kapital bazarlarının imkanları barəsində görüş iştirakçılarını məlumatlandıracaqdır.

Emitentin anderrayteri olaraq təmsil olunan “Unicapital İnvestisiya Şirkəti” ASC öz təcrübəsi, yerli kapital bazarlarının şirkətlər və investorlar üçün yaratdığı imkanlar barədə məlumat təqdim edəcəkdir.

Tədbirin məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaqdır. Tədbirdə dinləyici qismində Bakı Fond Birjasının listinqində qiymətli kağızları olan şirkətlər, potensial emitentlər: banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və digər sahələrdən olan şirkətlər iştirak edəcəkdir. Tədbir kütləvi informasiya vasitələrinə açıq şəkildə həyata keçiriləcəkdir.

Tədbir birjanın inzibati binasında təşkil olunacaqdır.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı