Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasında gender bərabərliyinə həsr edilmiş “Açılış Zəngi” keçiriləcəkdir - BBN

Bakı Fond Birjasında gender bərabərliyinə həsr edilmiş “Açılış Zəngi” keçiriləcəkdir

Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır.

Bu əməkdaşlığın nəticəsi olaraq, 7 mart 2022-ci il tarixində Bakı Fond Birjası təşkilatçılığı ilə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri keçiriləcəkdir. Qlobal keçirilən “Açılış Zəngi” mərasimlərinin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün gender bərabərliyinin inkişafında özəl sektorun oynaya biləcəyi əsas rola diqqəti cəlb etmək və Qadınların Səlahiyyətlərinin Artırılması Prinsipləri (Women’s Empowerment Principles) haqqında məlumatlılığı artırmaqdır.

Qeyd edək ki, hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirdirlər. Bu il dünyada 118 fond birjası tərəfindən “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçiriləcəkdir.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (13.03.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (12.03.2026)

Qlobal bazarlarda qarışıq dinamika: qızıl və qaz bahalaşır, ABŞ indekslərində eniş müşahidə olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı