Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Bakı Fond Birjasında “Kredaqro” BOKT MMC-nin istiqrazlarının “Ticarətə Başlama Zəngi” mərasimi keçirilmişdir - BBN

Bakı Fond Birjasında “Kredaqro” BOKT MMC-nin istiqrazlarının “Ticarətə Başlama Zəngi” mərasimi keçirilmişdir

12 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında “Kredaqro” BOKT MMC-nin kapital bazarlarında növbəti istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Ticarətə Başlama Zəngi” mərasimi keçirilmişdir. Ümumi dəyəri 1,000,000 (bir milyon) manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir.

Ticarətə başlama mərasimində emitent tərəfindən “Kredaqro” BOKT MMC-nin və BFB-nin nümayəndələri iştirak etmişdir. BFB-nin sədri v.m.i.e Eldar Abdullayev ticarətə başlama mərasimini açıq elan edərək, “Kredaqro” BOKT MMC-nin birja vasitəsilə həyata keçirtdiyi istiqraz buraxılışının Azərbaycanda maliyyə sektorunun inkişafı istiqamətində aparılan tədbirlərin uğurlu nəticəsi olduğunu, maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasında xüsusi rol oynayacağını bildirdi. Eyni zamanda, qeyd olunan istiqrazlar korporativ qiymətli kağızlar bazarında maliyyə alətlərinin diversifikasiyasına səbəb olmaqla investorlar üçün daha geniş imkanların olduğu münbit investisiya mühiti formalaşdıracaqdır.

Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə etmək məqsədi ilə “Ticarətə Başlama Zəngi” çalınmış və istiqrazların BFB-nin ticarət platformasında ticarətinə başlanılmışdır.

Related posts

Warren Buffett-dən bazara siqnal: Berkshire yenidən öz səhmlərini alır

Trampın açıqlaması bazarları silkələdi: Asiya fond indeksləri yüksəldi, neft qiymətləri kəskin ucuzlaşdı

Yaxın Şərq gərginliyi fonunda Bitkoin 70 min dolları keçdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı