“Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təlim keçirilmişdir

17 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu və Bakı Fond Birjası tərəfindən yerli sahibkarlar üçün “Bakı Fond Birjasında Listinq və Listinq Məsləhət Proqramı” mövzularında onlayn təlim keçirilmişdir.

Təlimdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Bakı Fond Birjası, AzFinance İnvestisiya şirkəti və Sahibkarlığın İnkişafı Fondunun əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilmişdir.

Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşmək olmuşdur.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı