Bakı Fond Birjasında Maliyyə Nazirliyinin DOİ üzrə hərrac keçiriləcəkdir

28 avqust 2018-cı il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. BBN.az BFB verilən məlumata əsasən hərrac zamanı sifarişlərin toplanması birjanın ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu AZ0106014696
Emissiya həcmi 15 000 000 AZN
Nominal dəyəri 100 AZN
İstiqrazların tədavül müddəti 1092 gün
Faiz ödənişləri (olduqda) 2019-cu il 26 fevral, 2019-cu il 27 avqust, 2020-ci il 25 fevral, 2020-ci il 25 avqust, 2021-ci il 23 fevral, 2021-ci il 24 avqust
Faiz gəliri 9 %
Ödəmə tarixi 24.08.2021
Anderrayter Paşa Kapital İŞ QSC

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır