Bakı Fond Birjasında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi 86% böyüyüb

Bakı Fond Birjasında (BFB) 2023-cü ilin yanvar-oktyabr ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 19,452,794,779  manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 86% böyümə qeydə alınmışdır.

BFB-dan BBN.az-a verilən məlumata əsasən, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ilkin bazarı üzrə ticarət həcmində 21%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 18% böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 195% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 9 dəfəyə yaxın artım qeydə alınmışdır.

2023-cü ilin oktyabr ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5,000,904,144 manat təşkil etmiş və ötən ilin son ticarət günü ilə müqayisədə 22%  böyümə qeydə alınmışdır.

                                              BFB-nin ticarət dövriyyəsinin cədvəli

Bazarlar / Əməliyyatlar 01.01.2023-31.10.2023 01.01.2023-31.10.2023
 Əqdlərin həcmi (manatla)  Əqdlərin sayı Əqdlərin orta günlük** həcmi (manatla)  Əqdlərin orta günlük sayı
1. Dövlət qiymətli kağızları 6,914,163,003 2448 34,570,815 12.24
1.1. İlkin bazar 5,593,086,578 1637 27,965,433 8.19
Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi) 2,698,567,511 827 13,492,838 4.14
ARMB* qiymətli kağızları 2,894,519,068 810 14,472,595 4.05
1.2. Təkrar bazar 1,321,076,425 811 6,605,382 4.06
Dövlət istiqrazları 641,760,676 566 3,208,803 2.83
ARMB qiymətli kağızları 679,315,749 245 3,396,579 1.23
2. Korporativ qiymətli kağızlar 1,183,069,556 2850 5,915,348 14.25
2.1. İlkin bazar 609,320,816 305 3,046,604 1.53
2.1.1. Səhmlər 59,916,125 15 299,581 0.08
2.1.2. İstiqrazlar 549,404,691 290 2,747,023 1.45
–  İpoteka istiqrazları 320,104,716 8 1,600,524 0.04
–  Digər istiqrazlar 229,299,975 282 1,146,500 1.41
2.2. Təkrar bazar 573,748,739 2545 2,868,744 12.73
2.2.1. Səhmlər 3,173,213 1641 15,866 8.21
2.2.2. İstiqrazlar 570,575,526 904 2,852,878 4.52
–  İpoteka istiqrazları 456,703,230 29 2,283,516 0.15
–  Digər istiqrazlar 113,872,296 875 569,361 4.38
3. Repo əməliyyatları 11,355,562,220 5,262 56,777,811 26.31
Dövlət istiqrazları üzrə 8,571,392,206 3,944 42,856,961 19.72
ARMB qiymətli kağızları üzrə 2,503,204,840 1195 12,516,024 5.98
Korporativ qiymətli kağızlar üzrə 280,965,174 123 1,404,826 0.62
Cəmi (1+2+3) 19,452,794,779 10,560 97,263,974 52.80
  –  o cümlədən: ilkin bazar 6,202,407,395 1942 31,012,037 9.71
  –  o cümlədən: təkrar bazar 1,894,825,164 3356 9,474,126 16.78

* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı      

** Tircarət günlərinin sayı –200 gün                       

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Növbəti valyuta hərracı keçirilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı